Xocalı faciəsi şagirdlərin gözü ilə

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar məktəbimizdə divar qəzetlər buraxılıb, stendlər və guşələr düzəldilib, şagirdlər arasında müxtəlif mövzularda inşa yazı və rəsm müsabiqələri keçirilib.
İnşa yazılarında, çəkdikləri rəsmlərdə şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını əks etdiriblər. Xocalıda xalqımızın başına gətirilən dəhşətləri heç zaman unutmamağa səsləniblər.
Dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənlərimizdən qisas alacaqlarına and içiblər.