21 Fevral Beynəlxalq Ana dili günüdür

             21.02.2018-ci il tarixdə məktəbimizdə Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilib..Tədbirdə qeyd edilib ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur.  Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. 

            Dil ünsiyyət vasitəsidir, dil millətin simasını səciyyələndirən amillərdən biri, xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir, ümummilli liderin xalqımıza və onun dilinə olan tükənməz məhəbbətinin, qayğısının parlaq nümunəsidir.

           Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.

           Sonra şagirdlər doğma dilimizə həsr edilmiş bədii nümunələri səslədiriblər, mahnı oxuyublar. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi