Dulusçuluq emalatxanasına ekskursiya

                Uşaqların fərdi istedadlarını və şəxsiyyət keyfiyyətlərini kəşf etmək məqsədilə 4-cü “q” sinif şagirdlərinin müəllimləri və valideynləri ilə birlikdə Mərdəkandakı sənətkarlıq emalatxanasına ekskursiyası təşkil edildi.

                Burada uşaqlar ağac, gil, gips, qranit, mərmər və digər materiallar üzərində yaradılan sənət işləri ilə tanış oldular. Bu peşələrlə məşğul olmağın yollarını öyrəndilər.

Şagirdlər dulusçu dəzgahı arxasına keçərək müxtəlif fiqurlar düzəltməklə öz istedad və bacarıqlarını nümayiş etdirdilər.                                                        

Şagirdlər ağac üzərində oyma sənəti ilə də tanış olaraq bu prosesi maraqla izlədilər. Ekskursiyanın sonunda uşaqlara Qız Qalasının gildən düzəlmiş maketini və müxtəlif fiqurlar hədiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi