Olimpiada qalibləri

Məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri bəlli olub. Fənn olimpiadalarının şəhər mərhələsində iştirak edərək uğurlu nəticələr əldə edən məktəbimizin şagirdləri də növbəti tura vəsiqə qazanıblar.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib.
Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdləri üzə çıxarmaq, onların fənlərə olan marağını artırmaq, sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaqdan ibarətdir.