5-11-ci siniflərdə valideyn iclasları keçirilib

10.02.2018-ci il tarixdə məktəbin Fəaliyyət Planının 1.4.2 bəndinə əsasən 7-11-ci siniflərdə 1-ci yarımilin yekununa həsr olunmuş valideyn iclasları keçirilib. "Müəllim- valideyn əməkdaşlığının səmərəli təşkili keyfiyyətli təhsilin əsas şərtidir" prinsipini əsas tutan pedaqoji kollektiv 2017-2018-ci tədris ilinin 1-ci yarımili ərzində əldə olunan şagird nailiyyətlərini valideynlərin nəzərinə çatdırıb.
Nəticələr məktəb rəhbərliyi müəllim və valideynlərlə birlikdə müzakirə olunub. İclaslarda şagirdlərin dərsə davamiyyəti, IX-11-ci siniflərdə buraxılış imtahanlarına hazırlığin vəziyyəti, məktəbli kitabçalarının icrası vəziyyəti, məktəbdaxili intizam qaydalarına riayət edilməsi də müzakirə edilib. Valideynlərin arzu və təklifləri dinlənilib.
I yarımildə qeyri – kafi qiymət alan şagirdlərin nəticələrinin yüksəldilməsi istiqamətində maarifləndirici söhbətlər aparılıb.