Mərdəkana ekskursiya

Məktəbimizin 6-cı “q” sinif şagirdləri müəllimələri və valideynləri ilə birlikdə Mərdəkanda yerləşən “Keramika” zavoduna ekskursiya etdilər. Zavodda 4 emalatxana vardır : “Xalça”, “Keramika”, “Ebru sənəti”, “Planetarium”

Burada şagirdlərə əvvəlcə xalça toxumağı öyrətdilər, daha sonra onları “Keramika” emalatxanasına apardılar. Emalatxanada uşaqlara qipsdən fiqurlar düzəltməyi  və onların rənglənməsi yollarını izah etdilər.

 Daha sonra uşaqlar “Ebru sənəti ” emalatxanasına yollandılar.Burada uşaqlar ebru sənəti ilə tanış oldular. “Ebru”- su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları “ebruzən” adlanırlar. Bu sənətin mənşəyi barədə müxtəlif versiyalar vardır. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır.

Sonda şagirdlər “Planetarium”da oldular. “Planetarium”da uşaqlar yer kürəsinin necə yaranması və müxtəlif planetlər haqqında məlumatlar əldə etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi