Filmə baxış

5 fevral tarixində məktəbimizin 3-cü "e" sinif şagirdləri dərsdən sonra sinif rəhbəri və valideynləri ilə birlikdə "Cınema Plus"da sevimli nağıl qəhrəmanlarına həsr olunmuş filmləri izləyiblər.
Filmə baxışdan sonra üçüncülər film haqqında təəssüratlarını bölüşüblər.
Özlərini sevdikləri qəhrəmanlarına bənzətməyə çalışan şagirdlər onlar kimi xeyirxah, ədalətli, məsuliyyətli olacaqlarına, daha çox kitablar oxuyacaqlarına yeni-yeni dostlar qazanacaqlarına söz veriblər.
Uşaqlar izlədikləri filmlərin müzakirəsini şəhər üzrə gəzə-gəzə davam etdiriblər.
Gəzintidən xoş əhvali-ruhiyyə ilə qayıdan üçüncü sinif şagirdləri gördüklərini çəkdikləri rəsmlərdə və yazdıqları essedə əks etdiriblər.