Fənn olimpiadalarının şəhər turu keçirilib

Fevralın 4-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.
Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdləri aşkarlamaq, onların fənlərə olan marağını artırmaq, sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaqdan ibarətdir.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənnləri üzrə təşkil edilib. Olimpiadalarda IX, X və XI sinif şagirdləri iştirak edib. Məktəbimzin 18 nəfər şagirdi fənn olimpiadalarının birinci mərhələsində biliklərini sınayıblar.
Bu mərhələnin nəticəsinə əsasən, uğur qazanan şagirdlər respublika mərhələsinin yarımfinalına çıxacaqlar. Yarımfinal mərhələdə uğurlu nəticələri ilə seçilənlər, yəni verilən tapşırıqların 60 faizindən çoxuna cavab yazanlar son mərhələdə iştirak hüququ qazanacaqlar.