Valideyn iclasları keçirilib

          3 fevral tarixində məktəbin Fəaliyyət Planının 1.4.2 bəndinə əsasən 1-6-cı siniflərdə 1-ci yarımilin yekununa həsr olunmuş valideyn iclasları keçirilib. "Müəllim- valideyn əməkdaşlığının səmərəli təşkili keyfiyyətli təhsilin əsas şərtidir" prinsipini əsas tutan pedaqoji kollektiv 2017-2018-ci tədris ilinin 1-ci yarımili ərzində əldə olunan şagird nailiyyətlərini valideynlərin nəzərinə çatdırıb. 
            Nəticələr məktəb rəhbərliyi, müəllim və valideynlərlə birlikdə müzakirə olunub. İclaslarda şagirdlərin dərsə davamiyyəti, məktəbli kitabçalarının icrası vəziyyəti, məktəbdaxili intizam qaydalarına riayət edilməsi də müzakirə edilib. Valideynlərin arzu və təklifləri dinlənilib.   

             I yarımildə qeyri – kafi qiymət alan şagirdlərin nəticələrinin yüksəldilməsi istiqamətində maarifləndirici söhbətlər aparılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi