Gənclər günü qeyd olunub

2 fevral tarixində məktəbimizdə Gənclər Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib. "Dəyirmi masada" şagirdlərə verilən məlumatda qeyd edilib ki, 1997-ci ildə imzalanan sərəncama əsasən, hər il fevralın 2-də ölkəmizdə Gənclər Günü qeyd olunur. Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən  əsası  qoyulan dövlət gənclər siyasəti ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılır.

"Dəyirmi masa"da həm də şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq, elmə, biliyə yiyələnmək, idmanla məşğul olmaq, sağlam həyat tərzi keçirmək, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə çalışan, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, mədəni-mənəvi irsimizi təbliğ edən fəal gənclər sırasına qatılmaq tövsiyə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi