Şagirdlərimiz zooparkda

Məktəbimizin 3-cü "b" sinif şagirdləri tətil günlərini şən və əyləncəli keçirmək məqsədi ilə müəllim və valideynləri ilə birlikdə zooparka getdilər.
Burada onlar müxtəlif quş və heyvanlara tamaşa etdilər. Heyvanlar və quşlar haqqında bildiklərini danışan şagirdlər onları maraqla izləyirdilər.
Günlərini xoş və maraqlı keçirən üçüncülər növbəti tətil gününü təbiət qoynunda keçirməyi qərarlaşaraq hevvanxanadan xoş əhvali-ruhiyyə ilə qayıtdılar.