"Shokki Mokki" ilə şokolad fabrikinə səyahət

             Məktəbimizin 2-ci ”a” sinif şagirdləri “Azərsun Holdinq” Şokolad fabrikinə ekskursiya ediblər.

Ekskursiyanın keçirilməsində məqsəd şagirdləri istehsalat müəssisələri ilə tanış etmək, onları istehsal prosesləri haqqında məlumatlandırmaq, texoloji biliklərini artırmaq, əməyə və zəhmətkeş insanlara məhəbbət hisləri aşılamaq, əməyə, zəhmətə şüurlu münasibət formalaşdırmaq, qış tətilini səmərəli keçirməkdir.       

İstehsalat müəssisəsi ilə yaxından tanış olan şagirdlər şokolad yağının istehsal üsulunu və hansı şəraitdə hazırlanmasını, qablaşdırılmasını izləyiblər. Fabrikin mütəxəssisləri tərəfindən uşaqlara şokolad yağının tərkibi haqqında məlumat verilib. Qeyd edilib ki, uşaqların sevimli səhər yeməyi olan şokolad yağı, eyni zamanda, tort və digər şirniyyatların bişirilməsi üçün istifadə olunan şokoladlı fındıqlı krem, uşaq orqanizmi üçün çox xeyirlidir, sümüklərin böyüməsinə, inkişaf etməsinə şərait yaradan, sümük quruluşunu gücləndirən, protein və kalsiumla zəngindir.

Ekskursiya zamanı uşaqlar ləzzətli şokolad dənəcikləri, qovrulmuş fındıq, şokolad fabrikinin digər məhsullarından yeyib dadına da baxdılar.
                Ekskursiyaya gələn 2-ci ”a” sinif şagirdlərinin sevincinə səbəb olan daha bir sürpriz də var idi. Bu, uşaqların sevimlisi “Panda” idi. O, fabrikə gələn qonaqları qarşılayıb ekskursiya boyunca müşayiət edirdi.

Ekskursiyanın sonunda isə “Panda” öz sevimli dostlarına dadlı və ləzzətli Şokki Mokki tübikləri hədiyyə etdi. Uşaqların sevincinin həddi hüdudu yox idi.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi. Uşaqlar Panda üçün öz "Şokki Mokki" mahnısını oxudular.

Şagirdlər, valideynlər və sinif rəhbəri fabrikin rəhbərliyinə minnətdarlıqlarını bildirib təşəkkür etdilər. Evə qayıdan uşaqlar ekskursiya haqqında təəssüratlarını inşa yazılarında və təqdimatlatında  qeyd edəcəklərinə söz verdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi