Qış tətilini necə keçirək

Yanvarın 26- sında I Yarımilə yekun vurulub. Yarımil ərzində şagirdlərin qazandıqları bilik və bacarıqların yoxlanılması başa çatıb. 1-10-cu siniflərdə keçilən fənlər üzrə aparılan böyük summativ qiymətləndirmə yekunlaşııb. 11-ci siniflərdə isə ana dili, riyaziyyat, ingilis dili, kimya, fizika, biologiya, tarix fənlərindən monotorinq keçirilib. Yoxlamanın nəticələri qənaətbəxşdir.
Yanvarın 27-dən ümumi təhsil məktəblərində qış tətili başlayır. Şagirdlərin qış tətilini səmərəli, mənalı və əyləncəli təşkil etmək üçün maarifləndirici tədbirlər və ekskursiyalar nəzərdə tutulub. Məqsəd məktəblilərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.