Heydər Əliyev irsini öyrənirik

Məktəbimizdə 9 - 11- ci sinif şagirdlərinin iştirakı ilə " H.Əliyev və Azərbaycan" mövzusunda "Dəyirmi masa" keçirildi. Məktəbin tarix və ədəbiyyat müəllimləri çıxış edərək Heydər Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verdilər. Ulu öndərin xidmətləri haqqında şagirdlərin təqdimatları dinlənildi. Video-çarx izləndi.
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda tədbirlərin keçirilməsində əsas məqsəd ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsidir. Onun zəngin irsinin təbliği, şagirdlərin biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ulu öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır.