20 Yanvar - azadlığa aparan yolun başlanğıcı

Məktəbimizdə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbir zamanı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəldilmiş hadisələrin acı nəticələrindən danışılıb, qeyd edilib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi, azadlığa gedən yolun başlanğıcı kimi daxil olub. Gənc nəsil bu tarixi heç vaxt unutmamalıdır.
Şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər. 20 Yanvar hadisələrindən bəhs edən sənədli və bədii filmləri izləyiblər. 20 Yanvar hadisələrini əks etdirən divar qəzetləri, stendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.
12 - 20 yanvar tarixlərində şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.