20 yanvar faciəsi uşaqların gözü ilə 

         20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı şagirdlər arasında rəsm müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd faciə qurbanlarının xatirəsini yad etmək, 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqına qarşı aparılan siyasətin acı nəticələrini unutmamaq, şəhidlik zirvəsinə ucalan vətən övladlarını xatırlamaq və onların xatirəsini uca tutmaqdır.

        Balaca rəssamlar 20 Yanvar hadisələri haqqındakı hislərini, duyğularını qara və qırmızı rənglərlə ağ kağız üzərində əks etdiriblər. Xalqımızın başına gələn faciələri unutmayacaqlarını rənglərin dili ilə bəyan ediblər.
        Müsabiqədə fərqlənən şagirdlərin rəsmlərindən ibarət sərgi keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi