20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

       Məktəbimizidə Fəaliyyət planına uyğun olaraq 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsinə start verilmişdir. Müəllim və şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunur, inşa-yazı , rəsm, bədii qiraət müsabiqələri keçirilir. Sinif təşkilat saatları 20 Yanvar hadisələrinə həsr olunur. Rayon tədbirlərində şagirdlərin iştirakı təmin olunur. 

      Tədbirlərin keçirilməsində məqsəd 20 Yanvar Gününün Azərbaycan dövlətinin suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması, 20 Yanvar hadisələri haqqında böyüməkdə olan nəslin geniş və daha dərindən məlumatlandırılması, şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, düşmənə qarşı nifrət və barışmazlıq hissinin aşılanması, şəhidlərin ruhunun ehtiramla yad edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi