Azərbaycan Xalq Cümhuriyyətinin 100 İlliyi

Pezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində yaranan Azərbaycan milli dövlətçilik təfəkkürünün şanlı səhifəsidir. 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir". Məktəbimizdə də "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərcivəsində görüləcək işlər planlaşdırılır. Tarix və ədəbiyyat müəllimləri 100 illik yubileylə əlaqədar tədbirlər planı hazırlayırlar. "Azərbaycan Xalq Cümhuriyyəti ili"ndə keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənlərimizin öyrənilməsi və təbliğ olunmasına, gənc nəsilin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək. Xalqımızın milli dövlətçilik ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan asılıdır. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi də məhz bu məqsədə xidmət edir.