Mehdi Hüseynin "Odlu qılınc" əsərinin müzakirəsi

Bu gün 12.01.2018-ci il tarixdə məktəbimizin kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.Hüseynin "Odlu qılınc" əsərinin müzakirəsi aparıldı. Tədbirdə 7- ci "a" sinfinin şagirdləri iştirak etdilər. M.Hüseynin "Odlu qılınc" əsəri tarixi şəxsiyyət, hökmdar, sərkərdə Cavanşirə həsr olunub.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin oxu vərdişlərini inkişaf etdirmək, milli ruhunu yüksəltmək, vətən sevgisini təbliğ etmək və vətənin müdafiəsinə daima hazır olmaq hislərini aşılamaqdan ibarətdir.