Keyfiyyətli təhsil zamanın tələbidir

Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam edir. Mütəmadi olaraq şagirdlərin bilik səviyyəsi yoxlanılır. Məktəb rəhbərliyi tərəfindən 2017-2018-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirməyə başlanılıb.
Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Böyük summativ qiymətləndirmə vasitələri məktəb rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.
Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.