2017-ci təqvim ilinin uğurlu nəticələri

Məktəbimiz 2017-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində keçirdiyi "Ekoloji aylıqlar", "Məktəb icması","Kiçik Akademiya" layihələrinə qoşularaq və uğurlu nəticələr əldə edib. «Ekoloji aylıqlar» layihəsində fevral ayında “Mədəniyyət və incəsənət: Azərbaycan tarixi və etnoqrafiyası mövzusunda “Ekoloji mədəniyyət və incəsənətin təbliği” nominasiyası üzrə 1-ci yerin, aprel ayında “Ayın ən yaxşı bioloqlar məktəbi” nominasiyası üzrə 2-ci yerin, may ayında ”Ayın ən sağlam məktəbi” nominasiyası üzrə 2-yerin, iyun ayında “Ayın ən təmiz məktəbi” nominasiyası üzrə 3-cü yerin qalibi olub. May ayında «Ən yaxşı məktəb saytı» müsabiqəsinin may ayı üzrə qalibi seçilib.
2016-2017-ci tədris ilinin sonunda 6 nəfər şagirdimiz fərqlənmə attestatı alıb, 4 nəfər məzun 650-dən yuxarı bal toplayaraq respublikamızın ali məktəblərinə qəbul olub. Şagirdlərimiz beynəlxalq idman yarışlarında, rəsm, inşa-yazı, bədii qiraət müsabiqələrində fəal iştirak edərək yüksək nəticələrə nail olublar. 2017-ci ilin sentyabr ayında məktəbimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində ”Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından – inkişaf və təcrübəyə doğru” layihəsi ilə qalib olub.
Məktəbin musiqi müəllimi Zinət Heydərova "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. İbtidai sinif müəllimi Şeyxzadə Dilşad Nurəddin qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Elektron təhsil" Respublika Müsabiqəsində "Təhsildə ən yaxşı internet resursları" nominasiyası üzrə III yeri tutub.