Beşyaşlıların Yeni il şənliyi

29.12.2017-ci il tarixdə məktəbimizdə 31 Dekabr Dünya Azərbaycanlılarınin Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirildi. Tədbir məktəbin hazırlıq qrupunun beşyaşlı şagirdlərinin iştirakı ilə hazırlanıb. Vətən, birlik, azadlıq, bayram haqqında seirlər söyləyən, mahnılar oxuyan beşyaşlıların sevinci aşıb-daşırdı. Onlar həvəslə Yeni il yolkası ətrafında rəqs edir, "Şaxta baba"nı, "Qar qız"ı səsləyirdilər. 4"a" sinif şagirdləri də "Şaxta baba", "Qar qız" obrazlarını məharətlə canlandıraraq beşyaşlıların sevincinə qoşuldular.                                                               Tədbirdə iştirak edən məktəb rəhbərliyi, müəllimlər və valideynlər beşyaşlıların məharətli çıxışlarını  ürəkdən alqışladılar və onları bayram münasibəti ilə təbrik edərək vətənə layiqli ovlad olacaqlarını inam hissi ilə qeyd etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi