Nağıllar aləminə səyahət

29.12.2017-ci il tarixdə 31Dekabr Dünya Azərbaycanlılarınin Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə 2"a" sinfində " Nağıllar aləmində" adlı viktorina keçirildi. Viktorina Reyhan Yusifqızının "Tələtin sirri" kitabı üzrə sual və tapşırıqlardan ibarət olmuşdur. Viktorina 4 nominasiya üzrə müəyyənləşdirilmişdir:
I nominasiya: Oxuyub anlama
ll nominasiya: ifadəli oxu
lll nominasiya: şeirin əzbər söylənilməsi
lV nominasiya: illüstrasiya
Qalib şagirdlər "Günəş" bloqunun diplomları ilə təltif olundular. Sonra uşaqlar şəhər üzrə gəzintiyə çıxdılar.