31 dekabr Dünya Azəbaycanlılarının Həmrəyliyi günü

         Məktəbimizdə şagirdlərin 31 dekabr Dünya Azəbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş rəsmlərindən və əl işlərindən ibarət sərgi təşkil olunub. Şagirdlər Vətən, həmrəylik, Dünya Azərbaycanlılarının birliyi və Yeni illə bağlı arzularını çəkdikləri rəsmlərdə, əl işlərində sevə-sevə əks etdiriblər, divar qəzetləri hazırlayıblar. Divar qəzetlərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə geniş məlumat verilib.                                                              Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və dünyanın müxtəlif ölkələrində geniş və təntənəli surətdə keçirildiyi qeyd olunub. Sonra şagirdlər Yeni ilin simvolu olan yolkanın ətrafına toplanaraq şənlik ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi