"Elektron təhsil" Respublika Müsabiqəsinin qalibi

Məktəbimizin ibtidai sinif müəllimi Şeyxzadə Dilşad Nurəddin qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Elektron təhsil" Respublika Müsabiqəsində " Təhsildə ən yaxşı internet resursları" nominasiyası üzrə III yeri tutmuşdur. Şeyxzadə Dilşad "İbtidai təhsil" bloqunu 2013-cü ildə web 2.0 təlimlərində yaratmışdır. Bloqu yaratmaqda müəllimin məqsədi öz elekron resurslarını, dəsrlərini ibtidai sinif müəllimləri, şagirdlər və valideynlərlə paylaşmaq, metodiki kömək göstərməkdir. Bloq mütəmadi olaraq yenilənir. Bloqda 18 səhifə vardır. Burada " Heydər Əliyev və uşaqlar", " Dərsdə istifadə olunan onlayn oyunlar", " Faydalı linklər", "Ssenarilərim" və müəllimin özünün hazırladığı digər maraqlı elektron resurslar vardır. Bu bloqdan Dilşad Şeyxzadənin öz şagirdləri üçün yaratdığı "Günəş" bloquna da keçid almaq olar. " Günəş" bloqunda şagirdlərin fəaliyyətini, dərslərdən fraqmentləri, onlayn oyunlarını izləmək olar. Bloq əsasən şagird və valideynlər üçün nəzərdə tutulmuşdur. Müəlliməni qazandığı uğur münasibəti ilə təbrik edir, nailiyyətlərinin davamlı olmasını arzu edirik.