Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi

                Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi istiqamətində işlər davam edir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı arasında razılaşdırılmış tədbirlər planına uyğun olaraq ilk dərs Binəqədi rayonu 83, 102 və 276 nömrəli tam orta məktəblərin XI sinif şagirdləri ilə 276 nömrəli tam orta məktəbdə keçirildi. Dərs Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

             Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev “Ulu Öndər Heydər Əliyevin irsi və gənclik” mövzusunda təşkil edilmiş dərslərin mahiyyətindən, dahi şəxsiyyətin həyat və fəaliyyətinin gənc nəslə ötürülməsinin əhəmiyyətindən danışdı. 

             Məktəbin  tarix müəllimi, əməkdar müəllim Elxan Quliyev  isə “Xarici siyasətdə uğurlar” mövzusunda çıxış etdi. Dərs zamanı Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən video-film nümayiş etdirildi.

             Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi