Qrant layihənin yekun tədbiri

22.12.2017-ci il tarixdə ”Mərkəzi  və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru “ layihəsinin yekun tədbiri  keçirilib. Tədbirdə əməkdaşlığı qurulan dörd mərkəz və dörd əyalət məktəblərinin müəllim və şagird heyəti iştirak edib. Əməkdaş məktəblərin müəllimlərinin dərs nümunələri təqdim edilib, qarşılıqlı dərslər dinlənilib, IX-XI sinif şagirdlərinə “İmtahanqabağı  stresdən necə azad olmalı”, “Düzgün ixtisas seçimini necə etməli” mövzularında seminar keçirilib.

Şamaxı rayonu Əngəxaran kənd, Abşeron rayonu Xırdalan şəhər 1, 102 nömrəli tam orta məktəblərin, Pişəvari adına Hümanitar  Gimnaziyanın şadirdlərinin ifasında bədii nümunələr səsləndirilib. Tarixi eksponatlar, şagirdlərin əl işləri, rəsmləri sərgilənib. Tədbir “Dəyirmi masa” ilə yekunlaşıb. “Dəyirmi  masa”da layihə çərçivəsində görülən işlərdən danışılıb, video-çarx nümayiş etdirilib. Müəllimlərin təklif və rəyləri dinlənilib.                                                                                                                                       

Tədbirdə çıxış edən Bİnəqədi rayonu İcra hakimiyyəti  Hümanitar şöbənin baş məsləhətçisi  Elnur Məmmədov  layihə ilə bağlı fikirlərini bıldirib, məktəblərarası  əməkdaşlığın yaradılmasının təhsilin inkişafında müsbət nəticələr verəcəyini vurğulayaraq layihənin davəmlı olmasını qeyd edib.                                   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi