Cocuq-Mərcanlı kənd tam orta məktəbi ilə əməkdaşlıq

19.12.2017–ci il tarixdə “Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru” qrant layihəsinin icra planına uyğun olaraq 102 nömrəli tam orta məktəbin işçi heyəti Cocuq Mərcanlı kənd tam orta məktəbində layihədə nəzərdə tutulan tədbirlərin icrasına başladı. Məktəbin şagirdlərinə yeni təlim texnologiyarı əsasında nümunəvi dərslər verildi, müəllimlərə “Milli qiymətləndirmə” , “Müasir dərs necə olmalıdır? “ mövzularında təlimlər keçiridi. Qarşılıqlı dərslər dinlənildi.
“Dəyirmi masa" təşkil olundu, Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllimləri ilə əməkdaş məktəblərin müəllimləri arasında təcrübə mübadiləsi, müzakirələr aparıldı.
Mərkəz məktəblərinin şagirdləri ilə Cocuq Mərcanlı kənd məktəblərinin şagirdləri arasında dostluq, əməkdaşlıq münasibətləri yarandı. Layihə əməkdaşları Cocuq Mərcanlı kənd orta məktəbindən böyük razılıq hissi ilə ayrıldılar.