Qrant layihənin işçi heyəti  Cocuq-Mərcanlıda

            18.12.2017–ci il tarixdə  “Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru”  qrant layihəsinin icra planına uyğun olaraq 102 nömrəli tam orta məktəbin işçi heyəti  Cocuq Mərcanlıya səfər etmişdir.                                  

          Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi tərəfindən mehribanlıqla qarşılanan işçi heyəti məktəblə tanışlıqdan sonra, layihədə nəzərdə tutulan tədbirlərin icrası üçün hazırlıq işlərinə başladı. 

          Hazırlıq işləri başa çatdıqdan sonra Cocuq Mərcanlı kəndi üzrə gəzinti təşkil olundu, kənddə inşa edilən  “ Gövhər ağa ” məscidi , 2016-cı il 2-5 aprel döyüşlərində həlak olan əsgərlərimizin xatirəsinə ucaldılan abidə ziyarət edildi.

            Mərkəz məktəblərinin şagirdləri ilə Cocuq Mərcanlı kənd məktəblərinin şagirdləri arasında dostluq münasibətləri yarandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi