"Təhsildə keyfiyyət ili" ilə bağlı "Dəyirmi masa" keçirilib

        16.12.2017-ci il tarixdə məktəbimizdə "Təhsildə keyfiyyət ili" çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı "Dəyirmi masa" keçirilib. Tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

      Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, tədrisin keyfiyyətinin artırılmasında, şagirdlərin mənəvi -əxlaqi və vətənpərvərlik tərbiyəsində dərsdənkənar tədbirlərin imkanlarından geniş istifadə olunması məsələlərinə də diqqət yetirilib.                 "Dəyirmi masa"da valideynlərlə pedaqoji əməkdaşlığın gücləndirilməsi, övladlarının təlimə münasibəti və nailiyyətləri, təhsildə baş verən yeniliklərlə onların daim məlumatlandırılması, valideynlər üçün "Açıq qapı" günlərinin keçirilməsi tövsiyə olunub. 

           Zəif və istedadlı şagirdlərlə aparılan işlərin vəziyyəti məsələlərinə də toxunulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi