Şagirdlərin Heydər Əliyev Mərkəzinə və Xalça muzeyinə ekskursiyası

           09.12.2017- cil tarixdə məktəbimizin 3b sinif şagirdləri Nigar müəllimənin və valideynlərin rəhbərliyi altinda Xalça Muzeyində və Heydər Əliyev Mərkəzində ekskursiyada oldular.

            İlk öncə şagirdlər Xalça Muzeyinə yollandılar.Burada bələdçi şagirdlərə muzeyin yaranma tarixi və muzeydə olan qədim əşyalar, müxtəlif xalça növləri və onların tarixi haqqında məlumat verdi. Həmçinin şagirdlər Xalça Muzeyində neçə əsr bundan əvvəl yaşamış xanımların geyimləri və bəzək əşyaları ilə tanış oldular.

             Daha sonra məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Burada şagirdlərə Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verildi. Şagirdlər Ulu öndərin  geyimi, iş masası, orden və medalları, müxtəlif ölkə prezidentlərinin bağışladığı hədiyyələrlə tanışı oldular. Heydər Əliyev Mərkəzindəki Qız qalası, Bayraq Meydanı, Bakı Kristal zalı, Alov Qüllələri və Xalça Muzeyinin maketi şagirdlərin diqqətini xüsusilə cəlb etdi.
             Məktəblilər Mərkəzdən xoş təəssüratlarla ayrıldılar və ekskursiyadan çox razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi