Qrant layihənin əməkdaşları Qusar şəhəri 2 nömrəli tam orta məktəbdə

             Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru" qrant layihəsinin  reallaşdırılması istiqamətində  işlər davam edir.                                                                       Təcrübəli müəllimlərimiz  layihədə nəzərdə tutulan mərkəzi  məktəblərdə elektron dərs nümunələri verir.  Mərkəzi məktəblərin müəllim və şagird heyətinin əyalət məktəblərinə səfəri təşkil olunur.                                                                     Növbəti səfər Qusar rayonunda yerləşən 2 nömrəli şəhər məktəbinə təşkil olundu. Məktəb kollektivi tərəfindən mehribanlıqla qarşılanan nümayəndə heyəti məktəblə tanışlıqdan sonra şagirdlərə elektron dərslər nümunələri təqdim etdilər. Sonra müəllimlərin qarşılıqlı  dərsləri dinlənildi.                                    "Dəyirmi masa "ətrafında təhsilin inkişafında məktəblərarası əməkdaşlığın rolu barədə geniş və ətraflı müzakirələr aparıldı. Müzakirədə iştirak edən Qusar şəhər 2 nömrəli orta məktəbin direktoru Dilşad Şinğarova, Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev qrant layihənin həyata  keçirilməsində layihə rəhbəri Mailə İsmayılovaya uğurlar arzuladılar.                    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi