Şagirdlər İstehsalat müəssisələrində

4-cü “c” sinif şagirdlərinin “Ulduz” şokolad fabrikinə ekskursiyası təşkil olunub. Ekskursiyanın keçirilməsində məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkili, texnoloji biliklərinin artırılması, istehsal prosesləri ilə tanışlıqdır. Ekskursiya zamanı “Ulduz” Şokolad Fabriki haqqında məlumat əldə edən şagirdlər, şokolad istehsalının necə aparılması və şokolad istehsalı üçün müasir texnologiya ilə tanış olublar.
Şagirdlərə şokoladın yaranma tarixi, növləri haqqında məlumatlar verilib və şokolad hədiyyə edilib. Şagirdlər İstehsal prosesini izlədikdən sonra video - çarxa baxıblar.
Yeni biliklər qazanan və vaxtlarını şən keçirən şagirdlər fabrikdən məmnun halda qayıdıblar.