"Xalça" muzeyinə ekskursiya

       Məktəbin Fəaliyyət Planının 1.7.6 bəndinin icrası isrtiqamətində işlər davam edir. Tədrisin keyfiyyətinə təsir edən ekskursiyalar təşkil olunur, gəzintilər keçirilir. 

          Şagird marağının müəyyənləşdirilməsi, motivasiyanın yüksəldilməsi, şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə məktəbimizin 4-cü"c"sinf şagirdlərinin "Xalça" muzeyinə ekskursiyası təşkil olundu. Muzeyin bələdçisi şagirdlərə muzeyin yaranma tarixi və muzeydə olan qədim əşyalar, müxtəlif xalça növləri və onların tarixi haqqında məlumat verdi. Şagirdlər muzeyin digər eksponatları ilə də tanış olaraq maraqlı məlumatlar əldə etdilər.

      Tariximiz, maddi-mədəni abidələrimiz haqqında yeni bilgilər qazanan məktəblilər ekskursiyadan çox razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi