Lənkəran şəhəri Tarix Diyarşünaslıq Muzeyində

29.11.2017-ci il tarixdə "Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru" qrant layihə çərçivəsində Bakı şəhəri Binəqədi rayonu M.X. Axundzadə adına 102, Sabunçu rayonu 67, Nərimanov rayonu Pişəvari adına Hümanitar Gimnaziya, Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəblərin müəllim və şagird heyəti Lənkəran şəhərinə səfər edib.
Lənkəran şəhər 6 nömrəli məktəb-liseydə layihə çərçivəsində nəzərdə tutulan işlərin icrası başa çatdıqdan sonra nümayəndə heyəti Lənkəran şəhər Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edib. Tarixi eksponatlara maraqla tamaşa edən ekskursiya iştirakçıları sonra şəhər üzrə gəzintiyə çıxıblar.