Coğrafi imla

          27 noyabr 2017-ci il tarixdə Bakıda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialında unikal bir beynəlxalq layihə - Coğrafi imla -2017  tətbiq edilib. 2015-ci ildə Rusiyada Coğrafiya Cəmiyyəti (RGO) tərəfindən ilk dəfə həyata keçirilən layihə bu il beynəlxalq səviyyəyə çıxarılıb.

           Rusiya Coğrafiya Cəmiyyəti tarixən rus kartoqrafiya mərkəzlərindən biri olmuşdur. 1845-ci ildən  formalaşmağa başlayan cəmiyyətdə bu gün təxminən 40 min unikal  atlas və xəritələr var və son illərdə bu kolleksiya qrant dəstəyi daxil olmaqla, əlaqədar yeni nəşr xəritələr və coğrafi məlumatların əhəmiyyətli dərəcədə artmasına nail olub.

            Beynəlxalq coğrafi imla əhalinin coğrafi savadlılıq səviyyəsinin qiymətləndirilməsinə yönələn geniş miqyaslı tədris aksiyasıdır. 2017-ci ildə  imla beynəlxalq səviyyədə (Rusiya, Argentina, Azərbaycan, Çex Respublikası, Danimarka, Böyük Britaniya, Norveç, Türkiyə, Çernoqoriya, daxil olmaqla) 25-dən çox ölkədə regional saytlar üçün  xüsusi olaraq hazırlanmışdır.

             Moskva Dövlət Universitetinin Bakı filialında beynəlxalq coğrafi imlada iştirak etmək istəyənlərin sayı 800-dən çoxdur. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinin şagirdləri bu layihədə iştirak edirlər. Məktəbimizin şagirdləri də bu tədris aksiyasına qoşulub, rus coğrafiyası üzrə bilik və bacarıqlarını sınayırlar. Universitetin təhsil binasının sinif otaqlarında bütün lazımi şərait yaradılıb, on iki texniki təchizatlı  auditoriya təmin edilib.

         Coğrafi imla rus dilində və könüllü olaraq aparılmışdır. İmla üç bloka bölünən müxtəlif mürəkkəblik dərəcələrində 30 test tapşırığından ibarətidir. Birincisi, coğrafi anlayışlar və şərtləri bilmək üçün suallardan ibarətidir, ikincisi, xəritə ilə işləmək bacarığını yoxlamaq məqsədi daşıyır. Üçüncüsü – coğrafi obyektlərin təsviri, yolçuların gündəliklərində qeydlər və sənət əsərlərindən alınmış yazılar haqqındadır.

          İştirakçılara 60 dəqiqə vaxt verilib. Vaxtdan səmərəli istifadə edən şagirlərimizə qazandıqları uğurlara görə Sertifikatlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi