IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərindən sınaq imtahanı

25.11.2017-ci il tarixdə məktəbimizin IX siniflərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hazırladığı testlər əsasında Azərbaycan dili və riyaziyyat fənlərindən sınaq monitorinqi keçirilib.                                                                        Sınaq imtahanının keçirilməsində məqəsd şagirdlərin imtahana hazırlığının mövcud vəziyyətini düzgün qiymətləndirmək və ona uyğun olaraq müvafiq tədbirlərin işlənib həyata keçirilməsini təmin etməkdir. Şagirdlərə təqdim olunan sual kitabçaları  Azərbaycan dili və riyaziyyat fənni üzrə ayrı-ayrılıqda 30+30 qapalı tipli suallardan ibarət idi. Şagirdlər monitorinqə ayrılmış 2 saat vaxtın 30 dəqiqəsini cavab kartlarını doldurmağa 1.5 saat vaxtı isə verilmiş sualları cavablandırmağa sərf etdilər. Ümumilikdə monitorinq normal şəraitdə keçdi və şagirdlər ilk olaraq imtahan həyəcanını hiss etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi