" Gözəllik və həqiqət " şairi

        Məktəbimizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə ədəbi-bədii kompozisiya keçirilmişdir.

       "Gözəllik və həqiqət "şairi Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsr ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.

         Tədbirin keçirilməsində məqsəd şagirgləri M.P.Vaqifin yaradıcılığı ilə daha geniş və ətraflı tanış etmək, şagirdlərin mütaliə vərdişlərini gücləndirmək, bədii ədəbiyyata maraq və həvəs yaratmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir.

         Tədbirdə 6-9-cu sinif şagirdləri iştirak edib. Vaqifin həyat və yaradıcılığına aid slaydlar göstərilib, qoşma, müxəmməs və qəzəlləri söylənilib. S.Vurğunun "Vaqif" dramından Vaqiflə Vidadinin deyişməsini, Vaqif -Xuraman, Vaqif -Qacar qardurmasını əks etdirən parçalar şagirdlərin ifasında səhnələşdirilmişdir. Vaqifin şeirlərinə bəstələnmiş mahnılar oxunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi