Düzgün ixtisas seçimində valideynin rolu

                23.11.2017-ci il tarixdə məktəbimizin  IX-XI siniflərində “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda Binəqədi  rayon  Məşğulluq  Mərkəzi  və Təhsilin İnnovativ  İnkişafı Mərkəzinin birgə hazırladıqları təlim keçirilib. Təlimin keçirilməsində məqsəd  şagirdləri duzgün  peşə seçiminə istiqamətləndirmək idi. Təlimdə Binəqədi rayon  Məşğulluq  Mərkəzi nin aparıcı –məsləhətçisi  Rəşad Muradov  və Təhsilin İnnovativ  İnkişafı  Mərkəzinin əməkdaşı  Aygül  Məmmədova iştirak  edərək  peşəyönümü, şagirdlərin ixtisas seçimində valideynlərin mövqeyi və rolundan danışıblar. Qeyd edilib ki, peşə seçimində şagirdlərin maraq dairəsi, fiziki-psixoloji  və sağlamlıq imkanları  nəzərə alınmalıdır. Bəzən səhv olaraq seçilən ixtisas təzadlar yarada bilər. Düzgün peşə seçimində hər kəs öz yerini və imkanlarını dəqiq bilməlidir, müəyyənləşdirməlidir.                                                                                                       Sonra peşələr və ixtisaslar barədə şagirdlərə daha geniş və ətraflı məlumat verilib, video-çarx  nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb.        

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi