Vətənpərvərlik duyğularını bölüşək

            19 noyabr 2017-ci il tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi rayon məktəblilərinin Lənkəran-Masallı-Astara rayonlarına səfəri başa çatdı. 22.11.2017-ci il tarixdə səfərdən qayıdan məktəbimizin 11”q” sinif şagirdi Ruslan Əkbərovla şagirdlərin görüşü keçirildi. Görüşdə çıxış edən məktəbin direktoru gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışaraq  qeyd ki, turun keçirilməsində əsas məqsəd şagirdlərə ölkəmizin rayonlarını, tarixi abidələrini və muzeylərini daha  yaxından tanıtmaqdır.

             Bu aksiyanın keçirilməsi gələcək nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyətə malikdir, onların dünyagörüşlərinin, intellektual səviyyələrinin inkişafına  böyük təsir göstərir. Ekskursiya təşkilatçılarına  minnətdarlığını bildirən  Ruslan səfər təəssüratlarını məktəb yoldaşları ilə bölüşərək qeyd etdi ki, tur aksiyada iştirak etmək ona göstərilən ən böyük etimad və qayğıdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi