Azərbaycan bayrağınin tarixi

21.11.2017-ci il tarixdə məktəbimizdə 8-10-cu sinif şagirdləri ilə "Azərbaycan bayrağının tarixi" mövzusunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd şagirdlərə vətənpərvərlik və dövlət atributlarına hörmət və məhəbbət hislərinin aşılanmasıdır. Məktəblilər qarşısında çıxış edən İctimaiyyətlə Əlaqə Şöbəsinin müdiri Natavan Əsədova, Dövlət Bayrağı Muzeyinin baş elmi işçisi Vüsal Cəfərli dövlət rəmzi olan bayrağımızın şanlı tarixindən maraqlı faktlar danışıblar. Sonra şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşları tərəfindən cavablandırılıb.