“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədi məktəblilərinin cənub bölgəsinə ekskursiyası

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Lənkəran - Masallı –Astara rayonlarına yola salınması münasibətilə tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları, valideynlər iştirak ediblər. “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilər ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsni ziyarət edərək abidənin önünə gül-çiçək dəstələri qoyublar. Sonra tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb. Qeyd edilib ki, cənub bölgəsinə reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonunu 40 nəfər məktəbli təmsil edir. Tətil günlərini xoş keçirməyi arzulayan və uğurlar diləyən icra başçısı şagirdlərə tur-aksiyadan səmərəli şəkildə yararlanmağı tövsiyə edərək qeyd edib ki, ölkə başçısının ideyası əsasında həyata keçirilən bu layihə məktəblilərin biliklərinin genişlənməsinə, rayonlarımızın tarixi məkanlarını tanıması baxımından olduqca əhəmiyyətli layihədir. Daha sonra çıxış edənlər də “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə təşkil olunan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışıblar. Çıxışlardan sonra tədbir “İslam Həmrəyliyi İli “ çərçivəsində təşkil edilmiş bədii hissə ilə davam edib. Sonra “Heydər” məscidini ziyarət edən tur-aksiya iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla cənub bölgəsinə yola düşüblər. Məktəbimizin 11"q" sinif şagirdi Ruslan Əkbərov da tur-aksiyada iştirak edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi