17 Noyabr Milli Dirçəliş Günü - Azadlığa aparan yol

17.11.2017 -ci il tarixdə məktəbimizin 4b sinfi və valideyn kollektivinin iştirakı ilə vətənpərvərlik və dövlət atributlarına hörmət, 17 Noyabr Milli Dirçəliş Günü münasibəti ilə sinif müəllimi Mahirə Mahmudovanın rəhbərliyi ilə geniş maarifləndirici təlim keçirilib. Təlimdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. 17 noyabr - Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin başlanğıcı və əsas mərhələlərindən biri olduğu qeyd olunub. Təlimdən sonra uşaqlar vətənpərvərlik ruhunda olan "Paintball" oyununu oynayıblar. Oyun sinfin "Akula" və "Drakula" komandaları arasında keçirilib və "Akula" komandasının zəfəri ilə başa çatıb. Həm valideynlər, həm şagirdlər vətənpərvərlik ruhunda keçirilən bu tədbirdən, çox böyük təəssüratla ayrılıblar. Tədbirin sonunda isə piknik təşkil olunub.