Fənn aylığı çərçivəsində qarşılıqlı dərsdinləmələr təşkil olunur

13.11.2017-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində 6-cı "a" sinfində "Əfsanəvi dəniz səyyahı" mövzusunda dərs dinlənilmişdir. Dərs müasir təlim metod və texnologiyalarının tətbiqi əsasında internet və digər resurslardan istifadə edilməklə aparılmışdır. Şagirdlər "Dostluq", "Birlik", "Zirvə", "Zəfər" qruplarına bölünüb, tədqiqat işləri apararaq, maraqlı təqdimatlar hazırlayıblar.