Göylərin göy qurşağı, Azərbaycan Bayrağı!

Millətimin fəxridir, haqqa gedən yoludur. Koroğlumun qılıncı, Babəkimin qoludur. Müstəqillik günəşi, azadlıq simvoludur. Oğullardır ucaldan ata sancan bayrağı, Göylərin göy qurşağı Azərbaycan Bayrağı! 8 noyabr 2017-ci il tarixdə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 26 saylı musiqi məktəbinin inzibati binasında 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Gənclər və İdman İdarəsi və M.Maqomayev adına 26 saylı musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Zəfər günlərimin şahidi – Bayraq!” adlı tədbir keçirilb. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon ictimaiyyəti, ASAN Könülləri və rayonun fəal gəncləri iştirak ediblər. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə dövlət rəmzlərinə olan diqqətdən danışdı. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyini qeyd edən natiq ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırıb.Tədbirdə İştirak edən məktəbimizin 10 “b” sinif şagirdi Həsənli Cəlal İlqar oğlu söylədiyi “Azərbaycan bayrağı” şeiri ilə dinləyicilərin alqış və rəğbətını qazanıb.