Bayrağımız qürur mənbəyimizdir

Böyüməkdə olan gənc nəsli milli-mənəvi dəyərlərimizə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunmuş açıq dərslər, ədəbi-bədii gecə, müsabiqələr keçirilib. Xalqımızın qürur mənbəyi və birlik rəmzi olan dövlət bayrağının yaranma tarixi haqqında şagirdlərin təqdimatları dinlənilib, hazırladıqları slaydlar, video-çarxlar nümayiş etdirilib .Sonra şagirdlər yazdıqları inşa və esseləri oxuyublar, bayrağa həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər. Vətənimizə layiqli vətəndaş olacaqlarına, bayrağımızı daha da yüksəklərə qaldıracaqlarına and içiblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi