Daim ucalarda dalğalan, mənim üçrəngli bayrağım!

Daim ucalarda dalğalan, mənim üçrəngli bayrağım! Ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyəti süqut edəndən və Azərbaycanda sovet hakimiyyəti qurulduqdən sonra respublikanın üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəz olunub. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasnın bayrağı kimi qəbul edilib. 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən Azərbaycanın Dövlət Bayrağı elan edilib. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Məktəbimizdə bayraq gününə həsr olunmuş tədbirlər, açıq dərslər keçirilib, sinif saatlarında söhbətlər aparılıb. Şagirdlərə dövlət atributlarına hörmət və məhəbbət hisləri aşılanıb, vətənpərvərlik duyğuları yüksəldilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi