Gücümüz birlikdədir

07.11.2017-ci il tarixdə məktəbmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində “Gücümüz birlikdədir” devizi altında “Elm və din” mövzusunda tədbir keçirilib. Tədbirdə “Aydınlığa doğru” Milli –Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin nümayəndələri, müəllim və şagirdlər İştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri milli-mənəvi və ümümbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlara ölkəmizin tolerant və İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu aşılamaqdan ibarətdir.Tədbirdə Azərbaycanın daim İslam aləmi ilə sıx münasibətlər qurduğu, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun üzvü olduğu vurğulanıb və IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub. İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərə həsr olunmuş sənədli filmlər, videoçarxlar nümayiş etdirilb.Şagirdlər arasında intellektual yarış keçirilib. 10-cu sinfin “Ekoloqlar” komandası birincilik qazanaraq təltif olunublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi