"Əməkdaşlıq edək, inkişaf edək"

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə qalib olan “Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından – inkişaf və təcrübəyə doğru” layihəsinin icrası zamanı BakI şəhəri Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi 73 ünvanda yerləşən Mirzə Xosrov Axundov adına 102 №-li tam orta məktəbin kollektivi ilə Bakının Sabunçu rayonunda yerləşən 67 nömrəli tam orta məktəb, Nərimanov rayonu Pişəvəri adına Gimnaziya, Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəb, Lənkəran rayon şəhər 6 nömrəli məktəb-lisey, Qusar rayonu 2 nömrəli şəhər məktəbi, Şamaxı rayonu Əngəxəran kənd məktəbi, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd orta məktəbi, qeyd olunan rayonlarının yerli İcra orqanları, təhsil şöbələri, təhsil ekspertləri, media nümayəndələri ilə əməkdaşlığın əsası qoyulacaqdır. Bu əməkdaşlıq istər müvafiq yazışmalar, istər layihə materiallarının və nəticələrinin yayılması, səfər və təcrübə mübadilələri, dialoq və ünsiyyət, digər problemlərin həllində məsləhətləşmə və birgə iştirak, qarşılıqlı tədbirlərin təşkil formasında davam etdiriləcəkdir.