Müəllim ömrü

Ən parlaq ulduzdu, nur saçan aydı,Dalğalı dənizdi, ləpəli çaydı,Ömrü-ömürlərə paylanan paydıSafdı, müqəddəsdi, müəllim ömrü…Ömürlər içində bir ömür yaşayırsan: Müəllim ömrü! Bu ömrü şam etdin – yandın, yandıqca da işıq saçdın ətrafına. Bu işığın ətrafına yığışmış pərvanələrinə boy atmağı, bərkiməyi, dünyanın şirinliyini öyrənməyi öyrətdin. İşığa toplaşmış gülüzlü balalar böyüyüb pərvazlandılar, həyatda öz yerlərini tapdılar. Onlar ucaldıqca, şan-şöhrətə çatdıqca sən də ucaldın. Bu gün damarlarında vətənpərvərlik qanı axan, yaşadığı saf və müqəddəs müəllim ömrü dalğalı dənizə bənzəyən sadə bir təhsil işçisinin ən gözəl günüdür. Bu gözəl gününüzdə nə desək, azdır Sizə! Qayğılar naxış açmış Müəllim ömrünüzə... Əziz və hörmətli Mailə müəllimə, 60 yaşınız mübarək!